Baş Dövlət Yol Polisi İdarəsindən yolda tətbiq ediləcək məhdudiyyətlə bağlı xəbərdarlıq edib.

Baş Dövlət Yol Polisi İdarəsindən yolda tətbiq ediləcək məhdudiyyətlə bağlı xəbərdarlıq edib.
Bu barədə Teleqraf-a idarədən məlumat verilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) məlumatına əsasən, M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 102-ci kilometrində yolötürücü və kanal üzərində yerləşən körpüdə aparılacaq təmir işləri ilə əlaqədar olaraq, 2025-ci il 8 mart tarixində, saat 10:00-dan etibarən yolun sözügedən hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.