Baş Dövlət Yol Polisi İdarəsinin keçirdiyi müsabiqənin Lənkərandan olan iştirakçısı mükafatlandırılıb

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin 2021-ci il üçün elan etdiyi “Yol hərəkəti qaydaları uşaqların gözü ilə” adlı rəsm müsabiqəsində fəal iştirak etmiş Lənkəran rayonundan olan məktəbli mükafatlandırılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan polise.az-a verilən məlumata görə, Lənkəran Şəhər Təhsil Şöbəsində keçirilən tədbirdə diqqətə çatdırılıb ki, müsabiqə “Azərbaycan Respublikasında yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda təbliğatla bağlı nəzərdə tutulmuş tədbirlər çərçivəsində cari ilin oktyabr-noyabr aylarında təşkil olunub. Uşaq və yeniyetmələr arasında yol hərəkəti təhlükəsizliyinə dair bilik və vərdişlərin inkişaf etdirilməsi, onların yol hərəkəti qaydaları haqqında biliklərinin artırılması, eləcə də uşaq travmatizminin qarşısının alınmasında ictimai həmrəyliyə nail olmaq məqsədilə rəsm müsabiqəsində fərqlənən məktəblilərdən biri də Lənkəran şəhər 4 nömrəli məktəbin şagirdi Zeynəb İsmizadə olub.

Həmin məktəbliyə və müsabiqənin keçirilməsində fəal iştirakına görə Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Ülviyyə Əliyevaya Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hazırlanmış “Təşəkkürnamə”lər təqdim edilib.

Ü.Əliyeva uşaq və yeniyetmələrin yol hərəkəti qaydaları haqqında biliklərinin artırılmasında belə tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirib, müsabiqənin təşkilatçılarına minnətdarlığını bildirib.

Hamısını Göstər

Related Articles

Back to top button