Baş nazirin müavini Şahin Mustafayev Çinin Azərbaycandakı səfiri ilə görüşüb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev noyabrın 14-də Çin Xalq Respublikasının ölkəmizdəki səfiri xanım Qo Min ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən  Polise.az-a bildiriblər ki, görüşdə Azərbaycan-Çin dostluq və əməkdaşlıq əlaqələrinin siyasi, ticarət-iqtisadi, qarşılıqlı investisiyalar, nəqliyyat-logistika, energetika, kənd təsərrüfatı, humanitar və bütün digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib, dövlətlərarası münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığı bildirilib.

Bu il noyabrın 4-6-da Baş nazirin müavini Ş.Mustafayevin rəhbərliyi ilə Azərbaycan Respublikası nümayəndə heyətinin Çinin Şanxay şəhərinə səfərinin nəticələri yüksək qiymətləndirilib.

Səfər çərçivəsində keçirilmiş Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 9-cu iclasının nəticələrinə dair imzalanmış Protokolun ticarət-iqtisadi sahədə münasibətlərin inkişafına töhfə verəcəyinə əminlik ifadə olunub.

Eyni zamanda, ölkəmizin Şanxay şəhərində keçirilmiş 6-cı Çin Beynəlxalq İdxal Sərgisində iştirakının əhəmiyyəti vurğulanıb.

Söhbət zamanı Azərbaycanla Çin arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button