Baş nazirin sabiq birinci müavini Abbas Abbasov saxlanıldı
Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənovun DTX tərəfindən saxlanıldıqdan və məhkəmədə ona həbs qərarı verildikdən sonra daha bir nəfər də ələ keçirilib.
Bu şəxs Azərbaycan Respublikası Baş nazirinin sabiq birinci müavini Abbas Abbasovdur.
Abbas Abbasov 1949-cu il avqustun 4-də Gəncə şəhərində anadan olub.
1973-cü ildən Abşeron rayonunun quşçuluq sənayesi sahəsində baytar həkim, sex rəisi, 1979-1982-ci illərdə Bakı Broyler Fabrikinin direktoru, 1982-ci ildən Özbəkistan Respublikasının quşçuluq təsərrüfatlarında direktor müavini, 1983-1989-cu illərdə Özbəkistan SSR Dövlət Quşçuluq Sənayesi Komitəsi sədrinin müavini, 1989-cu ildən Abşeron Quşçuluq Aqrar-İstehsalat firmasının baş direktoru, 1990-1991-ci illərdə Abşeron Rayon Partiya Komitəsinin birinci katibi, rayon XDS İcraiyyə Komitəsinin sədri, Azərbaycanın Dövlət müşaviri, vəzifələrində işləyib. 1992-ci ildən Azərbaycan Respublikası Baş nazirinin birinci müavini vəzifəsində çalışıb. Bu dövr ərzində bir neçə dövlət komissiyasının sədri olub.
2006-cı ildə öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilib. Hazırda “AST Şirkətlər Qrupu” nun vitse-prezidenti və Müstəqil Dövlətlər Biriliyi (MDB) Dinlərarası Şurasının Qəyyumlar Komitəsinin həmsədridir. 1990-1995-ci ildən Azərbaycan Respublikasının xalq deputatı olub.