Baş prokuror bütün köməkçilərini işdən azad etdi

Baş prokuror Kamran Əliyev bütün köməkçilərini – Namiq Məmmədov, Toğrul Muxtarov, Fərid Dadaşov, Natiq Eyvazov, Elvin Bəşirli və Elnur Eyvazovu vəzifədən azad edib. Bu barədə yerli KİV məlumat yayıb.

Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov  açıqlamasında məlumatı təsdiqləyib.

Onun sözlərinə görə, işdən azad olunan Baş prokuror köməkçiləri başqa vəzifələrə təyin olunublar.

Eldar Sultanov əlavə edib ki, daha ətraflı məlumat sabah veriləcək.

Mənbə
virtualaz.org
Hamısını Göstər

Related Articles

Back to top button