Baş prokuror: Qarabağ və Şərqi Zəngəzurun yenidən bərpa edilməsi ölkəmizin iqtisadi qüdrətinin göstəricisidir
İşğaldan azad olunmuş rayon və şəhərlərimizə ümumilikdə 2 min 594 ailə köçürülüb.
Polise.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc hüquqşünasların andiçmə mərasimində çıxışı zamanı deyib.
K.Əliyev diqqətə çatdırıb ki, cari ildə Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri davam etdirilib: “Ağdam, Cəbrayıl, Zəngilan və Şuşada ölkə rəhbəri tərəfindən kəndlərin və qəsəbələrin təməli qoyulmaqla, eyni zamanda, çoxsaylı ictimai, iaşə, yaşayış, kommunikasiya obyektlərinin, o cümlədən Qarabağ Universitetinin açılışları olub. Ötən müddət ərzində işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın yalnız öz gücü, maliyyə vəsaitləri hesabına görülən bütün bu işlər, heç bir dövlətdən, beynəlxalq təşkilatdan yardım almadan aparılır”.
Polise.az