Baş Prokurorluq general-leytenant Rövşən Əkbərovun həbsi ilə bağlı məlumat yaydı

Baş Prokurorluq ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun həbs edilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qurumun mətbuat xidmətindən oxu.az-ın sorğusuna cavab olaraq Rövşən Əkbərovun həbsi barədə yayılan xəbərlər təsdiqlənib. Rövşən Əkbərov Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılan cinayət işi üzrə həbs olunub.

Qeyd olunub ki, ictimaiyyətə daha sonra ətraflı məlumat veriləcək.

Xatırladaq ki, mətbuatda Rövşən Əkbərovun həbs edildiyi və barəsində məhkəmə tərəfindən dörd aylıq həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məlumatlar yayılıb.

Hamısını Göstər

Related Articles

Back to top button