Baş Prokurorluq Yevlaxda qadının öldürülməsi xəbərinə aydınlıq gətirdi

Bəzi kütləvi informasiya vasitələrində guya Yevlax rayon sakininin sərxoş vəziyyətdə anasını boğaraq öldürməsi ilə bağlı yayılan informasiyalar həqiqəti əks etdirmədiyindən qəti şəkildə təkzib olunur.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, avqustun 12-də saat 23:00 radələrində Yevlax rayonu Kövər kənd sakini 1957-ci il təvəllüdlü Həsənova Gülnaz Möhübbət qızının yaşadığı evdə vəfat etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, mərhum Gülnaz Həsənovanın meyitinin xarici müayinəsi zamanı onun bədənində hər hansı xəsarət və ya xəsarət izləri aşkar edilməyib.

İlkin araşdırma zamanı müəyyən edilib ki, mərhum Gülnaz Həsənova şəkər və təzyiq xəstəliyi ilə əlaqədar özünü yaxşı hiss etmədiyini bildirərək iynə vurdurmaq üçün qonşuda yaşayan tibb bacısının evinə gedərkən qonşunun qapısının qarşısında huşunu itirərək vəfat edib. Araşdırma zamanı mərhumun oğlunun və digər şəxslərin izahatları alınıb, Gülnaz Həsənovanın ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibb ekspertizası təyin edilib. 

Hazırda Yevlax Rayon Prokurorluğunda araşdırma davam etdirilir. 

14:28

Yevlaxda qətl hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Kövər kəndində qeydə alınıb. Oğul münaqişə zəminində yaşlı anası Gülnaz Paşayevanı boğaraq öldürüb. Qətli törədən şəxsin içkili vəziyyətdə olduğu bildirilir.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb.

Hamısını Göstər

Related Articles

Back to top button