Baş Prokurorluqdan İlyas İsmayılovla bağlı paylaşım – FOTO

Baş Prokurorluq sosial şəbəkə hesabında bağlı Ədalət Partiyasının rəhbəri, keçmiş Baş prokuror İlyas İsmayılovla paylaşım edib.
Polise.az xəbər verir ki, paylaşımda İlyas İsmayılovun doğum günü yad olunur və onun tərcümeyi-halı təqdim edilir:
“1985-1990-cı illərdə Azərbaycan SSR-in prokuroru İlyas İsmayılovun doğum gününü ehtiramla anırıq.
İlyas İsmayılov 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1962-ci ildə Azərbaycan Dövlətinin hüquq fakültəsini bitirib. 1970-ci il tarixdə prokurorluq orqanlarında fəaliyyətə icazə verilib. 1985-1990-cı illərdə Azərbaycan SSR-in prokuroru vəzifəsini icra etdi.
O, həmçinin Azərbaycanın ədliyyə naziri, Milli Məclisin III və IV çağırış deputatı kimi mühüm dövlət vəzifələrində çalışıb. Uzun illər ərzində topladığı təcrübə və dərin bilikləri məsul vəzifələrdə çalışarkən yüksək səviyyədə təşkilatçılıq ilə birləşdirib. Onun cinayətkarlığa qarşı mübarizə, hüquq və ədalətin bərqərar edilməsi, insan və vətəndaş hüquqlarının müdafiəsi sahəsindəki yorulmaz fəaliyyəti dövlət tərəfindən daim yüksək qiymətləndirilib.
Azərbaycan Respublikası Baş prokurorunun 19 mart 2023-cü il tarixli əmri ilə “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.
İlyas İsmayılov 2025-ci il fevralın 17-də Bakı şəhərində vəfat edib.
İctimai-siyasi və dövlət xadimi İlyas İsmayılovun xatirəsi prokurorluq araşdırmaları üçün hər zaman əziz olacaq…”
Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button