BAŞLANDI! ABŞ Ermənistana SİLAH və ZABİT göndərir – Müharibənin FİTİLİ çəkilir.

Məlum olduğu kimi, Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, baş leytenant Məmmədov Rövşən Üzeyir oğlunun Ermənistan tərəfdən odlu silahdan açılmış atəş nəticəsində yaralanması barədə Qubadlı hərbi prokurorluğuna məlumat daxil olub.

Bunu hərbi prokurorun böyük köməkçisi – Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib. Daxil olan məlumat əsasında Qubadlı hərbi prokurorluğunun işçiləri və Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları ilə birlikdə müvafiq işlər görülmüş və digər hərəkətlər icra edilib.

Fakt üzrə Qubadlı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 29,120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib. Hazırda istintaq davam etdirilir, qanunvericiliyin və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.

ABŞ Ermənistana hərbi məsləhətçi və texnika göndərir. ABŞ-ın Ermənistandakı səfiri Kristina Quinn “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində Vaşinqtonla İrəvan arasında təhlükəsizlik və müdafiə ilə bağlı əməkdaşlığın müzakirə edildiyini deyib.
Səfir qeyd edib ki, ABŞ və Ermənistan arasına hərbi sahə üzrə aktiv müzakirələr aparılır. Onun sözlərinə görə, ABŞ-dan Ermənistana hərbi müşavir də göndəriləcək: “ABŞ-dan göndəriləcək məsləhətçi Ermənistan Müdafiə Nazirliyində əyləşəcək və hərbi potensialın artırılmasına kömək edəcək”.

Səfir Ermənistana hərbi texnikanın verilməsinin də müzakirə edildiyini diqqətə çatdırıb. “Ermənistanın hərbi sahədə nəyə ehtiyacı ola biləcəyi ilə bağlı davamlı müzakirələr aparırıq. Artıq bir neçə məsələdə razılığa gəlmişik. Bu müqavilələrdən birini qeyd edə bilərəm: Ermənistan münaqişə bölgəsinə daxil ola biləcək zirehli təcili yardım maşınları istədi. Biz bununla bağlı razılığa gəlmişik və hazırda bu texnikanın göndərilməsinin yolları üzərində işləyirik”, – o vurğulayıb. Səfir ABŞ nümayəndələrinin Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasına qoşula biləcəyini də istisna etməyib.

Amerikalı səfirin açıqlamaları Vaşinqtonun İrəvana hərbi yardım göstərdiyinin etirafı hesab oluna bilər və təbii ki, Quinnin dedikləri yalnız ictimaiyyətə açıqlanması mümkün olan məlumatlardır. Aydındır ki, ABŞ-ın Ermənistana hərbi texnika verməsi gündəmdədir. Ameriaklı məshlətçinin Ermənistan MN-də işləmək üçün göndərilməsi də bu əməkdaşlığın dərinliyindən xəbər verir. ABŞ-ın verə biləcəyi mümkün hərbi texnikanın Azərbaycana qarşı istifadə ediləcəyi də aydındır. Misal üçün, Ermənistanın münaqişə bölgəsinə girə bilmək üçün istədiyi zirehli təcili yardım maşınlarının Azərbaycanla mümkün hərbi eskalasiyada sərhədlərimizdə istifadə ediləcəyi bəllidir.

TVMusavat-ın bu gün saat 12:10-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu “Hilal” Sosial Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Arzuman Abdulkərimovla sərhəddəki təxribatları müzakirə edir.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button