Başlıq: Milli Koordinator Qanunvericilik hakimiyyətində hesabat verdi

Bu gün Milli Məclisdə “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2024-cü ildə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatı” müzakirəyə çıxarılıb.

Globalinfo.az bildirir ki, müzakirələrdən sonra məsələ səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

***12:00

Milli Koordinatorun 2024-cü ildə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatı müzakirə olunur.

Globalinfo.az xəbər verir ki, Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov sənədi təqdim edir.

İnsan alverinə qarşı mübarizədə normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi 2024-cü ildə də davam etdirilib.

Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanun layihəsi hazırlanıb (razılaşdırılma mərhələsindədir), habelə insan alverinə qarşı mübarizədə dövlət qurumlarının qarşılıqlı fəaliyyətində səmərəliliyin artırılması və beynəlxalq öhdəliklərin icrasının təmin edilməsi məqsədilə “2025-2030-cu illər üçün Milli Fəaliyyət Planı”nın layihəsi hazırlanaraq rəy və təkliflərin bildirilməsi üçün aidiyyəti dövlət orqanlarına təqdim edilib.

Safura Bənnayeva
Globalinfo.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button