Basri Bağcı: Azərbaycanda keçiriləcək COP29 ilə bağlı üzərimizə düşən vəzifə varsa, yerinə yetirməyə hazırıq

Türkiyənin Konstitusiya Məhkəməsi Azərbaycanda keçiriləcək COP29 ilə bağlı üzərinə düşən vəzifə varsa, yerinə yetirməyə hazırdır.

Polise.az  xəbər verir ki, bu sözləri Bakıda keçirilən “Hüquq və iqlim” adlı beynəlxalq konfransın açılış mərasimi zamanı jurnalistlərə açıqlamasında Türkiyənin Konstitusiya Məhkəməsinin sədr müavini Basri Bağcı deyib.

O bildirib ki, bu konfrans səbəbi ilə Bakıda olmaq, Azərbaycan xalqına xitab etməklə qürur duyur:

“Konfrans Bakıda keçiriləcək COP29 tədbiri çərçivəsində önəmli addımdır. Azərbaycanın belə bir tədbirə ev sahibliyi etməsi ölkəyə olan etimadın göstəricisidir. Dünyada iqlim dəyişikliyi getdikcə artır. Ötən aylarda Asiya Konstitusiya Məhkəmələri Birliyinin toplantı mövzusu da iqlim dəyişikliyi idi”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button