Baydenə “soyqırım de…” pıçıldayan adam – Kamala Harris…

Vitse-prezidentin ermənilərin çoxluqda olduğu Kaliforniyadan gəlməsi və erməni diasporası tərəfindən dəstəklənməsi iddiaların əsassız olmadığına rəvac verir

Amerika prezidenti Co Baydenin aprelin 24-də  1915-ci ildə baş verən hadisələri ermənilərə qarşı “soyqırım” kimi qələmə verməsi gündəmdən düşmür. Hər keçən gün Ağ Ev sahibinin bu ifadəsi ətrafında ən müxtəlif fikirlər, iddialar səslənir.

İddialardan biri ABŞ-ın vitse-prezidenti Kamala Harrislə bağlıdır. Onun Bayden üzərində ciddi təsirinin olduğu və “soyqırım” ifadəsini prezidentin məhz onun təsiri ilə işlətdiyi ehtimal edilir. Hətta tezliklə səhhətinə görə Baydenin prezident kürsüsünü ona təhvil verəcəyi bildirilir. Bu haqda hələ seçki dövründə iddialar var idi, indi də var.

Baydenin xarici siyasət kursunu da əsasən Kamala Harrisin hazırladığı deyilir. ABŞ prezidentinin seçki vədlərində “erməni soyqırımı” məsələsini qabartmasını da vitse-prezidentin ayağına yazırlar ki, bu da təsadüfi deyil. Həmçinin Harrisin ermənilərin çoxluqda olduğu Kaliforniyadan gəlməsi və erməni diasporası tərəfindən ciddi şəkildə dəstəklənməsi də iddiaların əsassız olmadığını düşünməyə rəvac verir.

Aydın Mirzəzadə: “Ərdoğan Azərbaycan cəmiyyətində özünə rəğbət yarada bilib”

Aydın Mirzəzadə

Deputat Aydın Mirzəzadə Baydenin böyük bir tarixi səhvə yol verdiyini söylədi: “Onun hansı qənaətdən bu ifadəni işlətməsindən asılı olmayaraq, ABŞ böyük bir tarixi səhvə yol verdi. Fikir Amerika rəhbərinin dilindən səsləndi və bu tarixə düşdü. Sonrakı prezidentlər Türkiyəyə qarşı olan bu ədalətsizliyi düzəltmək üçün çox çalışmalı olacaqlar. Hər halda, bu bəyanatı verərkən, onun hansı əks-səda verəcəyi hesablanmalı idi. Türkiyə sıradan bir ölkə deyil. Bu dövlətin dünya siyasətindəki rolu kifayət qədər böyükdür. Heç bir halda dövlət maraqlarını qısamüddətli dövlət maraqlarına qurban vermək olmaz. Qısamüddətli addımlar heç bir halda nə siyasətçiyə, nə də dövlətə başucalığı gətirməz. Baydenin ”soyqırım” ifadəsində Harrisin nə qədər rolunun olduğunu demək çox çətindir. Amma istənilən halda kimin-kimə təsirinin olmasından asılı olmayaraq, fikir prezident tərəfindən səsləndirilib”.

Qabil Hüseynli: “Gec-tez Ermənistan işğal etdiyi torpaqları azad etməyə məcbur qalacaqdır ”

Qabil Hüseynli

Sabiq dövlət müşaviri Qabil Hüseynli sərt danışdı: “Kamala Harris Bayden üzərində çox böyük təsiri olan adamdır. Hətta bir dəfə Bayden çaşaraqmı, yaxud çaşmayaraqmı onu özündən ağıllı adam hesab etmişdi. Bu, qoca adam üçün səciyyəvi olan bir şeydir. Amma necə olursa-olsun Kamala Harris bu qərarın verilməsinə təsir edibsə, bu artıq mediaya sızıbsa, Baydenin siyasi ölümünə bərabər bir şeydir. Çünki qərarın bütün məsuliyyəti onun üzərinə düşür. Seçki ərəfəsində də ermənilərə vəd verən o idi. Bu addımı atacağını demişdi, Ərdoğanı hədələmişdi. Baydenin böyük siyasi təcrübəsinin olduğunu bilirdim, amma bu qədər ağıldan kəm olduğunu düşünmürdüm. Çünki açıq-aşkar Ərdoğanla düşmənçiliyinə görə böyük bir millətin üzərinə məsuliyyət yükləməyə çalışdı və yüklədi də. Reyqan Amerika tarixinin ən qüdrətli prezidentlərindən biri olub. O bu məsələni yoxlatmaq üçün müşavirinin rəhbərliyi altında 250 nəfərdən ibarət tarixçilər heyəti hazırlamışdı. O tarixçilər 3 ay ərzində araşdırma aparıb ortaya belə bir fakt çıxardılar ki, ”erməni soyqırımı” yox, ermənilərin azərbaycanlılar üzərində soyqırımı olub, ermənilər bir vaxt gələcək türklərdən üzr istəyəcəklər. İndi bu qoca kişi sözün həqiqi mənasında gərginliyi pik həddə çatdırmaq xətti tutub. Sən günün 3-5 saatını işləyə bilmirsən. Xəritədə Cənubi Qafqazı göstərə bilməzsən. İndi kimsən ki, “soyqırım” ifadəsi işlədib, Reyqanın demədiyini deyirsən?  Tarixə bu cür düşdün, daim lənətlənəcəksən, qara ləkə kimi xatırlanacaqsan. 3-5 dılğır erməninin tovlamasına getdin. Harrisin tovlamasına gəlinsə, bu daha pisdir. Deməli, ölkənin idarəçiliyində müstəqil deyilsən. Bayden idarəçiliyi şəcərəsi olmayan bir qadının hikkələri ilə yönləndirəcəksə, vay dünyanın halına, vay bizim halımıza”.  

Hamısını Göstər

Related Articles

Back to top button