Bayden: “ABŞ husilərə zərbələr endirməyə davam edəcək”
ABŞ Qırmızı dənizdə ticarət gəmilərini təhdid etdikləri üçün Yəməndəki husi üsyançılarına zərbələr endirməyə davam edəcək.
Polise.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden bildirib.
“Siz soruşursunuz ki, Amerikanın zərbələri husiləri dayandırıb? Xeyr. Bu zərbələr davam edəcəkmi? Bəli”, – deyə o, vurğulayıb.
Xatırladaq ki, Qəzza zolağında Fələstin-İsrail münaqişəsinin şiddətlənməsindən sonra Yəməndəki husi üsyançıları İsrail ərazisinə hücumlar həyata keçirəcəyini və Fələstində əməliyyatlar dayandırılana qədər gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazı sularından keçməsinə icazə verməyəcəklərini bildiriblər. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının hesablamalarına görə, husilər keçən ilin noyabrın ayının ortalarından bəri Qırmızı dənizdə 20-dən çox mülki gəmiyə hücum edib.
Yanvarın 12-nə keçən gecə ABŞ və Britaniya silahlı qüvvələri təyyarə, gəmi və sualtı qayıqlardan istifadə edərək Yəmənin bir sıra şəhərlərində husilərin hədəflərinə hücum edib. ABŞ Prezidenti Co Bayden bildirib ki, zərbələr husilərin Qırmızı dənizdə misli görünməmiş hücumlarına cavabdır və müdafiə xarakteri daşıyır. Aviazərbələrin hədəfləri raketlərin və dronların yerləşdiyi yerlər, həmçinin husilərin radiolokasiya stansiyaları olub.
Polise.az