Bayden ABŞ iqtidarını tənqid etdi

Keçmiş ABŞ Prezidenti Co Bayden Çikaqoda çıxışı zamanı Donald Trampın rəhbərlik etdiyi hazırkı administrasiyanı kəskin tənqid edib.
Teleqraf xəbər verir ki, bu barədə CNN məlumat verib.
Birləşmiş Ştatların sabiq rəhbəri deyib: “100 gündən az müddətdə yeni administrasiya ölkəyə çox ziyan vurdu. Onlar ən təcrübəli məmurlar da daxil olmaqla 7000 nəfəri işdən çıxardılar. Bu ölkənin sosial müdafiə sahəsinə böyük zərbə oldu”.
Baydenin çıxışı zamanı bir dəfə də olsun Trampın adını çəkməməsi də diqqətdən yayınmayıb.
Polise.az