Bayden İsrailin İrana hücumunu dəstəklədi
ABŞ Prezidenti Co Bayden İsrailin İrana endirdiyi zərbə ilə bağlı məlumatlandırılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “CBS” Ağ Evin əməkdaşına istinadən məlumat yayıb.
Qeyd olunur ki, Bayden hadisələri diqqətlə izləyir.
“Reuters” isə ABŞ-nin vitse-prezidenti Kamala Harrisin də hücumlar barədə məlumatlandırıldığını və hadisələrin inkişafını izlədiyini yazıb.
Poloise.az