Bayden: Özümə görə deyiləm, amma Trampdan daha yaxşıyam
ABŞ Prezidenti Cozef Bayden “özünə görə olmadığını”, lakin eyni zamanda sələfi Donald Trampdan dəqiq yaxşı olduğunu bildirib.
Polise.az “The Washington Post”a istinadən xəbər verir ki, bu barədə dövlət başçısı Kaliforniyada keçirilmiş seçkiqabağı mitinqdə deyib.
“Digər prezidentlərlə müqayisədə özümə görə deyiləm, amma sonuncu oğlandan (keçmiş Prezident Donald Tramp – red.) dəhşət yaxşıyam”, – o deyib.
Bayden həmçinin Trampı “siyasi zorakılıq tərəfdarı” olduğuna görə tənqid edib. Onun sözlərinə görə, Vətəndaş Müharibəsindən (1861-1865) bəri heç bir prezidentdə belə xüsusiyyət sezilməyib.
Xatırladaq ki, daha öncə ABŞ Prezidenti Cozef Bayden rusiyalı həmkarının ünvanına “dəli köpək oğlu” deyib. Putin amerikalı həmkarının dediklərini anlayışla qarşılayıb: “Bu mənim dediklərimə adekvat reaksiyadır. Niyə? Çünki o, “Volodya, afərin, yardım etdiyin üçün çox sağ ol” deyə bilməz”.
Polise.az