Bayden Qəzza ilə bağlı danışıqlarda iştirak edənlərin razılığa gəldiyini açıqlayıb
Qəzza zolağında atəşkəs rejiminin tətbiqi və Fələstinin radikal “HƏMAS” hərəkatının saxladığı girovların azad edilməsi ilə bağlı beynəlxalq məsləhətləşmələrin iştirakçıları mümkün sazişlə bağlı prinsipial razılıq əldə ediblər.
Polise.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında ABŞ prezidenti Cozef Bayden bildirib.
“Düşünürük ki, biz sövdələşmə bağlaya bilərik, onların (tərəflər – Qeyd) hamısı sazişin prinsipləri ilə razılaşdıqlarını bildiriblər”, – deyə o qeyd edib.
Bayden konsultasiya iştirakçılarının görüşü davam edərkən nikbin olduğunu da əlavə edib: “Bu müharibəni bitirməyin vaxtıdır. Düşünürəm ki, biz razılaşma ərəfəsindəyik”.
Polise.az