Bayden qurtuluş planı: Yoxsa rəqib bazarına idxal olunan inflyasiya? – Təhlil
ABŞ Prezidenti Co Bayden ümumi məbləği 1,9 trilyon ABŞ dolları olan qanun layihəsini imzalayıb.
“Amerika qurtuluş planı” adlanan sənəddə göstərilən məbləğin təqribən 400 milyard ABŞ dollarını koronavirusa qarşı mübarizəyə və əhalinin peyvəndlənməsi kampaniyasına sərf etmək nəzərdə tutulur.
Hakimiyyət daha 1 trilyon ABŞ dolları əhalinin dəstəklənməsinə yönəltmək niyyətindədir. Digər məbləğ pandemiyada zərər çəkən müəssisələr arasında bölüşdürüləcək.
Qanun əsasən, ABŞ-da əksər vergi ödəyicilərinə adambaşı 1,4 min ABŞ dollar birbaşa ödəniş nəzərdə tutulur. Bundan başqa, işsizliyə görə federal büdcədən ödənişlər ştatların ödədiyi vəsaitdən əlavə avqust ayına qədər həftədə 300 ABŞ dollarına bərabər olacaq.
Bundan əlavə, qanun layihəsində koronavirus pandemiyasının aradan qaldırılmasına kömək məqsədilə məktəblərə 130 milyard ABŞ dolları, kollec və universitetlərə daha 40 milyard ABŞ dolları ayrılması nəzərdə tutulur. Ştatlar və dairələr səviyyəsində yerli hökumət orqanları 350 milyard ABŞ dollar dəstək alacaq.
Aviaşirkətlərə dəstək üçün 15 milyard ABŞ dolları, restoranlara dəstək üçün 25 milyard ABŞ dolları, COVID-19 testlərinin çoxalması üçün təqribən 50 milyard ABŞ dolları ayrılıb. Ağ Evin rəhbəri xilasetmə planını yanvar ayının 20-də, yəni prezident səlahiyyətlərini təhvil aldığı gün elan edib.
Ancaq heç bir respublikaçı prezidentin və tərəfdarlarının təklifini dəstəkləməyib. Etirazlar kifayət qədər əsaslı idi – stimul paketi həddən artıq genişmiqyaslıdır və bu qədər pulun iqtisadiyyata daxil olması onun həddindən artıq “qızışmasına” səbəb ola bilər.
Bu planın əleyhdarları təklif olunan xərcləri üçqat, yəni 1,9 trilyondan 600 milyard dollara qədər azaltmağı təklif edir. Ekspertlər hesab edir ki, bu məbləğin Amerika bazarına sürətlə daxil olması digər ölkələrdəki əmtəə bazarlarını xeyli fəallaşdıracaq. Bu isə Çin və Rusiya da daxil olmaqla inkişaf etməkdə olan ölkələri sıxışdıra biləcək idxal olunan inflyasiya təhlükəsi yaradır. İlk həyəcan siqnalının Çin hakimiyyəti tərəfindən səslənməsi təsadüfi deyil.
Faktiki olaraq, ÇXR özünün hələ pandemiya səbəbindən həddindən artıq artmış milli borc probleminin öhdəsindən gəlməyib. Bundan əlavə, ÇXR mənzil bazarında “maliyyə köpüyü” yaşandığı düşünür. Əgər ABŞ və digər ölkələr iqtisadi bərpalarına trilyonlarla dollar və avro daxil etməyi dayandırmasalar, bunun nəticəsi inkişaf etməkdə olan ölkələr üçün acınacaqlı olacaq.
“Bir əsrdə görülməmiş böyük dəyişikliklərlə qarşılaşırıq”,-Çinin sabiq maliyyə naziri Lu Tsiziveya CNBS-yə açıqlamasında belə deyib. Kredit üzrə “Bluestone Asset Management” şirkətinin direktoru Çjan Çenq ABŞ-dakı aktivlərdən qaçmaqla ölkəni risklərdən qorumağı tövsiyə edib. Eyni zamanda, Çin dünyada ABŞ xəzinə istiqrazlarının ikinci ən böyük sahibidir və 3.2 trilyon dollar valyuta ehtiyatına malikdir.
Çjan Çenq və digər mütəxəssislər qurtuluş planının dolları və Çinin valyuta ehtiyatlarını dəyərdən salacağını istisna etmirlər. Lakin idxal olunan inflyasiya ualnız Çində deyil, Rusiyada da gözlənilir. ABŞ bazarına nəhəng valyuta axını əvvəlcə bu ölkədə mal və xidmətlərin bahalaşmasına təkan verəcək, daha sonra iqtisadiyyatının miqyası nəzərə alınaraq dünyada inflyasiyanı sürətləndirəcək.
“Bizim fikrimizcə, idxal inflyasiyası olmayacaq. Çünki konsepsiya özü 2000-ci illərin əvvəllərində fəaliyyətini dayandırıb. Bu, fond bazarının inkişafı səbəbindən, kütləvi istehlakçı başqa bir televizor və ya avtomobil almaq əvəzinə birjaya investisiya qoyanda baş verdi. Nəticədə, səhm qiymətlərinin sürətli artımı potensial inflyasiya artımını real sektordan birjalara köçürdü”- “Vax Capital AG” şirkətinin direktorlar şurasının üzvü Kiril Vixlyantsev belə deyib.
Maliyyə bazarlarının təhlili üzrə ekspert Aleksandr Abramovun fikrincə, Baydenin tədbirlər planı Rusiyada inflyasiyanı qısa müddətə canlandıracaq.
“Əksər iqtisadçılar indi uzunmüddətli inflyasiya gözləntiləri barədə danışsalar da, fikrimcə, bu tədbirlər Rusiya əmtəə bazarına, xüsusən istehlak mallarına təsir göstərməyəcək”,-deyə iqtisadçı bildirib.
“ABŞ iqtisadiyyatının dollarla doldurulması 2021-ci ilin sonunda Amerika valyutasının mümkün ucuzlaşmasına səbəb ola bilər. Amma yenə də digər dünya valyutaları olan avro, İsveçrə frankı, nə də rublla əlaqəlidir”,-deyə rusiyalı alim Andrey Qirinski qeyd edib.
“Bu amil FED-in faiz artımının gözləntilərinə, dolların möhkəmlənməsinə də təsir etdi. Ona görə də Avropa Birliyi və Çin ən böyük ticarət tərəfdaşları kimi idxal inflyasiyasından qorxmağa başlayıblar”-“Saxo Bank”ın meneceri Aleksandr İvanov vurğulayıb.
“Freedom Finance”ın analitiki Valeri Yemelyanovun fikrincə, idxal olunan inflyasiya Çin, Hindistan və ya Türkiyə kimi digər xalis xammal idxalçıları üçün təhlükədir. Eyni zamanda, “Freedom Finance”ın proqnozuna görə, rusiyalı fermerlər, neft istehsalçıları və metallurqlar Baydenin yaratdığı idxal inflyasiyası sayəsində yaxşı gəlir əldə edəcək.
Maliyyə eksperti Aleksandr Losyevin sözlərinə görə, buğda, soya və soya unu, qarğıdalı, şəkər, quş əti, donuz əti və digərlərinin bahalaşması davam edəcək. Losyevə görə, idxal olunan inflyasiya bir neçə ildir gəlirləri azalmaqda olan əhaliyə zərbə vurmaqla yanaşı, Rusiya Mərkəzi Bankını faiz dərəcəsini artırmağa və pul siyasətini sərtləşdirməyə məcbur edəcək. Bu da Rusiya iqtisadiyyatına mənfi təsir göstərəcək.
İqtisadçı-ekspert Sergey Suvyorov qeyd edir ki, Baydenin təkliflər paketinin Rusiya əhalisinə mənfi təsiri qiymətlərin, xüsusən də ərzaq və benzinin bahalaşmasında özünü göstərəcək.
Mütəxəssis hesab edir ki, Rusiyadakı inflyasiya, hökumətin indi hazırladığı stimullaşdırıcı tədbirlər tərəfindən də dəstəklənə bilər. Ancaq iqtisadçı Qərbdə ümumi inflyasiyanın mümkün sürətlənməsi ilə əlaqədar idxal olunan malların bahalaşmasının istənilən halda qaçılmaz olduğunu deyib.