Bayden seçkilərdə iştirakdan imtina etməsi ilə bağlı xalqa müraciət edib

“İrəli getməyin ən yaxşı yolu məşəli yeni nəslə ötürməkdir”. Polise.az-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Co Bayden seçki yarışından çəkilməsindən sonra xalqa ilk müraciətində deyib. O çıxışında Prezident kimi Amerika xalqına xidmət etməkdən şərəf duyduğunu bildirib.

“Bir neçə aydan sonra Amerika xalqı Amerikanın gələcək kursunu müəyyən edəcək. Mən seçimimi etdim, öz fikirlərimi bildirdim. Vitse-prezident Kamala Harris təcrübəlidir. O, mənim üçün inanılmaz tərəfdaş və ölkəmiz üçün çox yaxşı liderdir. İndi seçim sizdən, Amerika xalqından asılıdır”, – deyə Bayden bildirib.

Bayden səlahiyyət müddətinin qalan hissəsində icra etmək istədiyi planlarından da danışıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button