Bayden təsdiqlədi: ABŞ Şərqi Avropaya üç min əlavə hərbçi göndərəcək
ABŞ prezidenti Co Bayden Şərqi Avropaya əlavə hərbi kontingentin göndərilməsini təsdiqləyib.
Pentaqondan verilən açıqlamada qoşunların yerləşdirilməsinin artıq yaxın günlərdə baş tutacağı bildirilib.
Vaşinqtonun planlarına əsasən, Polşada min, Rumıniya və Almaniyada isə daha iki min ABŞ əsgəri yerləşdiriləcək.
Qeyd edək ki, yanvarın 28-də Co Bayden Rusiya və NATO arasında Ukrayna ilə bağlı artan gərginliyə görə tezliklə Şərqi Avropaya əlavə ABŞ hərbçiləri göndərəcəyini açıqlamışdı.