Bayden: “Üçüncü dünya müharibəsinə səbəb olsa belə Rusiyaya cavab verəcəyik”

ABŞ hətta dünya müharibəsinə səbəb olsa belə Rusiya Federasiyasının NATO-nu təhdid edən istənilən addımına cavab verəcək.

Bunu ABŞ prezidenti Co Bayden bəyan edib.

O, bu bəyanatı ilə faktiki olaraq bildirib ki, Rusiyanın hücumu halında ABŞ NATO ərazisinin “hər qarışını” qorumaq üçün üçüncü dünya müharibəsinə də hazırdır.

“Əlbəttə, cavab versək, bu, üçüncü dünya müharibəsi olacaq, lakin bizim NATO-nu müdafiə etmək kimi “müqəddəs öhdəliyimiz” var”, – deyə o bildirib.

Dövlət başçısı vurğulayıb ki, hazırda 12 min ABŞ əsgəri Rusiya sərhədləri boyu yerləşdirilib. 

Hamısını Göstər

Related Articles

Back to top button