Bayden Zelenskini Ağ Evə dəvət edib
ABŞ Prezidenti Co Bayden ukraynalı həmkarı Volodimir Zelenskini dekabrın 12-də Ağ Evdə görüşə dəvət edib.
Polise.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyerin yazılı açıqlamasında bildirib.
Açıqlamada iki dövlətin liderlərinin Ukraynanın cari ehtiyaclarını və kritik anda ABŞ-ın davamlı dəstəyinə həyati ehtiyacı müzakirə edəcəkləri qeyd olunub.
Ağ Evin mətbuat xidmətinin yaydığı məlumata görə, Co Bayden ABŞ-ın Ukrayna xalqını dəstəkləməkdə sarsılmaz öhdəliyini vurğulamaq niyyətindədir.
Volodimir Zelenskinin Vaşinqtona əvvəlki səfəri sentyabrın 21-də baş tutub. Ukrayna Prezidenti ABŞ-ın paytaxtına BMT Baş Assambleyasının 78-ci sessiyasının tədbirlərində iştirak etdikdən sonra gəlmişdi.
Polise.az