Baydeni tənqid edən jurnalist həbs olunub

Ukraynada həbs olunan amerikalı jurnalist Qonsalo Liranın atası prezident Cozef Baydeni tənqid edərək, bildirib ki, oğlunun həbs olunmasında rəsmi Vaşinqtonun əli var.

Polise.az  ABŞ-ın “Breitbart news” agentliyinə istinadla xəbər verir ki, jurnalist Q. Lira Ukraynaya ezam olunub və döyüş bölgəsində çəkiliş edərək xüsusi əməliyyat keçirən hərbçilərin üzünü və hərbi obyektlərin yerləşdiyi coğrafi məkanı çəkərək nümayiş etdirib ki, bu da cinayət məsuliyyəti yaradıb. Lakin jurnalistin atası oğlunun həbsində Ağ ev administrasiyasını günahlandıraraq bildirir ki, oğlu söz və fikir azadlığının qurbanı olub. Jurnalist hansısa hərbçiləri çəkdiyinə görə yox, ABŞ-ın siyasətini tənqid etdiyinə görə həbs olunub.

Q. Liranın atası müsahibəsi zamanı deyib ki, oğlu prezident C. Baydenin yürütdüyü siyasətin yanlış olduğunu sübut edən məqalələr yazırdı, ABŞ və digər Qərb dövlətlərini Ukraynada baş verənlərə görə həmişə tənqid edirdi. Ata Qonsalo qeyd edib ki, oğlu Ukraynada ABŞ-ın göstərişi ilə həbs olunub.

“ABŞ-ın Ukraynadakı səfirliyi məsələni nəinki araşdırmayıb, ABŞ vətəndaşı olan jurnalistin həbs olunması ilə ümumiyyətlə maraqlanmayıb. Bu da həbsdə Ağ evin əlinin olduğunu sübuta yetirir. Qonsalo Lira çəkdiyi video materiallarının birində prezident C. Bayden və vitse-prezident Kamala Harisi “başıboş siyasətçilər” adlandırıb və bundan 4 gün sonra Ukraynada həbs olunub”, – deyə ata Qonsalo bildirib.

Jurnalistin atası onu da nəzərə çatdırıb ki, ABŞ-da söz və fikir azadlığı sadəcə dildə deyilir, reallıqda isə Ağ ev administrasiyasını düzgün tənqid edənlər həbsə atılır.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button