Baydenlə Ərdoğan S-400-lərlə bağlı mövzunu müzakirə edəcəklər

ABŞ Prezidenti Co Bayden NATO sammitində Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla Türkiyədə yerləşdirilən Rusiya istehsalı S-400 zenit raket kompleksləri barədə müzakirə aparacaqlar.

Bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan jurnalistlər üçün brifinqində bildirib.

Eyni zamanda, Sallivan Baydenin bu mövzuda Ərdoğana tam olaraq nə deyə biləcəyi barədə heç nə açıqlamayıb.

Sallivan qeyd edib ki, Bayden Türkiyə lideri ilə söhbətində Ankaranın Moskva və Pekinlə münasibətləri mövzusuna da toxunmaq niyyətindədir.

Hamısını Göstər

Related Articles

Back to top button