“Bayraktar TB2” PUA-ları Rumıniya ordusunun arsenalına daxil edilib

Türkiyə istehsalı “Bayraktar TB2” PUA-ları Rumıniya Quru Qoşunlarının arsenalına daxil edilib.

Polise.az  xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, ümumi dəyəri təxminən 321 milyon ABŞ dolları olan üç sistemin hər birində altı PUA olacaq. Bu ayın sonu və ya gələn ayın əvvəlində Rumıniya hərbçiləri ilk sınaq uçuşları həyata keçirə biləcəklər.

Müqavilə ötən il imzalansa da, PUA-lar 2024-cü ilin iyunu, 2024-cü ilin sentyabrı və 2025-ci ilin yanvarında Rumıniyaya çatdırılacaq.

Bu ilin fevral-iyun aylarında Rumıniya naviqasiya personalının birinci qrupu istehsalat zavodunda texniki avadanlıqların idarə edilməsi üçün Türkiyədə təlim keçib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button