BDU-da qanlı olay: Rektorun müşaviri və komendant bıçaqlandı
Daxili İşlər Nazirliyi (DİN) BDU-da baş verən bıçaqlanma hadisəsi barədə məlumat yayıb.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, BDU əməkdaşları Mirzə Mirzəyev və Şahlar Bəgalıyevi bıçaqlamaqda şübhəli bilinən, həmin universitetin əməkdaşı paytaxt sakini İsmixan Mirzəyev Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırmalar aparılır.



