Berbok:”Əsəd rejiminin agentlərinin Almaniyaya sığınmasına icazə verməyəcəyik”
Almaniya Əsəd rejiminin agentlərinin sığınmasına icazə verməyəcək
Teleqraf.com “Bild” nəşrinə istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.
“Əsədin işgəncə verənlərdən biri Almaniyaya qaçmağı düşünürsə biz ona sığınacaq verməyəcəyik. Mən ancaq açıq deyə bilərəm ki, rejimin bütün əlaltılarını törətdikləri dəhşətli cinayətlərə görə qanunun gücü qarşısında cavab verəcək” – Berbok bildirib.
Berbok həmçinin qeyd edib ki, hazırda beynəlxalq təhlükəsizlik orqanları və kəşfiyyat xidmətlərinin mümkün qədər sıx əməkdaşlıq etməsi vacibdir.
Almaniyanın Daxili İşlər Naziri Nensi Faeser isə sərhəd nəzarətinin daha sərt olduğunu vurğulayıb.
“Biz son dərəcə ayıq-sayıqıq. Əgər Əsədin terror rejiminin qulluqçuları Almaniyaya qaçmağa cəhd edərlərsə, bilməlidirlər ki, onların cinayətlərini bu qədər sərt şəkildə təqib edən başqa bir ölkə yoxdur” – nazir deyib.