Beynəlxalq səyyahlardan ibarət heyət Şuşadadır
Beynəlxalq səyyahlardan ibarət heyət Şuşaya səfər edib.
Polise.az-ın məlumatına görə, xarici qonaqlar şəhərdə aparılan bərpa işlərinin gedişi ilə tanış olub, həmçinin Şuşa qalasına baş çəkiblər.
Səfər dünyamiqyaslı MTP (Most traveled People) təşkilatı tərəfindən təşkil olunub.
Son 4 il ərzində 50-yə yaxın ölkədən 360-dan çox beynəlxalq səyahətçi Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edib. Səyyah Çarlz Veylinin rəhbərlik etdiyi qrupun səfəri bu qəbildən olan sayca 11-ci səfərdir. Bu səfərdə 13 ölkədən – ABŞ, Böyük Britaniya, Almaniya, İsveçrə, Norveç, İsveç, Portuqaliya, Filippin, Polşa, Macarıstan və digər ölkələrdən səyahətçilər iştirak edirlər.
Beynəlxalq səyyahlar bu gün Xocavənd, Şuşa, Xankəndi və Ağdamda olacaq, iyulun 26-da Şərqi Zəngəzura, iyulun 27-də isə Zəngilan və Cəbrayıla səfər edəcəklər.
Polise.az