Biləsuvar sakinlərindən qanunsuz saxlanılan odlu silahlar götürülüb
Biləsuvar sakinlərindən qanunsuz saxlanılan odlu silahlar götürülüb.
“Polise.az-ın” məlumatına görə, qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsi istiqamətində Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.
Keçirilən növbəti profilaktik tədbirlər nəticəsində 7 nəfər rayon sakini müvafiq sənədləri olmadan qanunsuz saxladıqları müxtəlif markalı ov tüfənglərini könüllü olaraq polisə təhvil veriblər.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Polise.az