Biləsuvarda 2 kq narkotik aşkarlandı
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti uğurlu əməliyyat tədbirləri nəticəsində ümumilikdə 2 kiloqrama yaxın narkotik vasitə və psixatrop maddə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “polise.az”a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Şəki şəhər sakinləri G.Həsənova və R.Yəhyayev sonuncunun idarə etdiyi “Mercedes” markalı avtomobildə saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan 3 ədəd bağlamada ümumi çəkisi 1 kiloqram 847 qram narkotik vasitə heroin və bir bağlamada 67 qram psixatrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.
Faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır.