Binədə üzərində silah gəzdirən şəxs saxlanılıb

Bakının Xəzər rayonun Binə qəsəbəsində üzərində “Makarov” silahı gəzdirən şəxs saxlanılıb.

Bu barədə  Polise.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əvvəllər məhkum olunmuş 1994-cü il təvəllüdlü Mehdi Rzayev üzərində qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılıb.

Onun üzərindən 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd patron darağı, 8 ədəd patron və 1 kiloqrama yaxın psixotrop maddə metamfetamin aşkarlanıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button