“Bir neçə gündən sonra Azərbaycan nümayəndə heyəti Ermənistana gələcək” – “Joxovurd”

“Bir neçə gündən sonra Azərbaycan nümayəndə heyəti Ermənistana gələcək”.

Bu barədə “Joxovurd” qəzeti yazır. Fevralın 21 və 22-də İrəvanda Avronest-in Siyasi Məsələlər, İnsan Haqları və Demokratiya, eləcə də Enerji Təhlükəsizliyi Komitələrinin iclası keçiriləcək.

Qəzetin məlumatına görə, Avropa strukturunun iclasları Yerevanda Karen Dəmirçyan adına İdman-Konsert Kompleksində keçiriləcək.
Azərbaycan nümayəndə heyətinin İrəvana gəlib-gəlməyəcəyini Avronest-in Ermənistan nümayəndə heyətinin rəhbəri Mariya Karapetyandan cavablandırıb. O qeyd edib ki, hazırda onların gəlib-gəlməməsi bəlli deyil, lakin gəliş ehtimalı yüksəkdir.

Qəzetin digər məlumatlarına görə, “Ermənistan və Azərbaycan nümayəndə heyətləri ayrıca nahar və ya şam yeməyinə çıxacaq” sualına Karapetyan sərt reaksiya verib. “Belə bir şey yoxdur”, – deyə bildirib.

Qeyd edək ki, bu formatda beynəlxalq tədbirlər zamanı təbii ki, rəsmi şam yeməyi verilir, lakin daha yaxın, daha yüngül atmosferdə.

Hamısını Göstər

Related Articles

Back to top button