“Biz kömək etdik, onlar isə Naxçıvana nakişi kimi zərbə endirdilər”

“Onu da bildirməliyəm, bu gün səhər mənə məlumat verildi ki, İranın xarici işlər nazirinin müavini Bakıya zəng edir, xahiş edir ki, İran səfirliyinin Livanda qalmış əməkdaşlarının təxliyəsinə Azərbaycan kömək etsin. Çünki onların imkanı yoxdur”.

Polise.az xəbər verir ki, bu sözləi Azərbaycan Prezidenti İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında bildirib.

“Mənə məruzə edildi. Mən dərhal göstəriş verdim ki, kömək göstərin, təyyarə göndərin. Hətta onlar dedilər ki, biz bunun pulunu da verməyə hazırıq. Dedim ki, lazım deyil, indi dar gündə biz kömək göstərməsək, bəs nə vaxt kömək göstərməliyik? Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirmək?! Bu ləkə onların çirkin və eybəcər simasından heç vaxt silinməyəcək. Ona görə diplomatik yollarla bütün lazımi tədbirlər görüləcək”, – deyə qeyd edib.

 

 

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button