“Biz Qəzzada getdikcə daha çox evi dağıdırıq, onların geri dönəcək yerləri yoxdur…”- Netanyahudan amansız bəyanat

İsrail baş naziri bununla bir il yarımdan çoxdur aparılan savaşın əslində Qəzza əhalisinə qarşı etnik təmizləmə, soyqırım olduğunu təsdiqləyir…
“Biz Qəzzada getdikcə daha çox evi dağıdırıq, onların geri dönəcək yerləri yoxdur…”.
Moderator.az yəhudi mediasına istinadla xəbər verir ki, bu qəddar, amansız və irqçi bəyanatla İsrailin baş naziri Binyamin Netanyahu çıxış edib.
Qəzzada çəkilmiş son görüntülər geniş dağıntıları göstərir: yaşayış binalarının demək olar ki, 70%-i təmir oluna bilməz, “All Israel” xəbər verir.
Netanyahu qeyd edib ki, könüllü mühacirətin qarşısındakı əsas maneə fələstinliləri qəbul etmək istəyən ölkələrin sayının məhdud olmasıdır.
Bundan əlavə, baş nazir Qəzzaya nəzarəti Fələstin Muxtariyyətinə təhvil vermək planını rədd edib və bildirib ki, İsrail təhlükəsizliyi hərbi nəzarətdə saxlamağa davam edəcək.
“HƏMAS terrora əl atır və Fələstin administrasiyası İsraili addım-addım məhv etmək istəyir. Onlar uşaqlarına eyni dərsliklərdən dərs deyirlər”, – o, əlavə edib.
Müharibədən sonra Fələstin anklavında yəhudi məskənləri məsələsinə gəlincə, Netanyahu hökumətin belə planlarının olmadığını təsdiqləyib və əlavə edib ki, ABŞ hələ də bu əraziyə nəzarəti bərqərar etməkdə maraqlıdır.
S.Laçın