Blinken: ABŞ Ermənistanla Azərbaycan arasında davamlı sülhün əldə olunması üçün səylərini əsirgəməyəcək

ABŞ Dövlət katibi Antoni Blinken Prezident İlham Əliyevlə telefon danışığı zamanı Ermənistanla Azərbaycan arasında davamlı sülhün əldə olunmasının vacibliyini vurğulayıb.

“Polise.az” xəbər verir ki, Blinken Amerika Birləşmiş Ştatlarının bu məqsədə nail olunması üçün bundan sonra da səylərini əsirgəməyəcəyini bildirib.

O, Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə edilmiş nailiyyətləri, o cümlədən dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamənin müvafiq qaydada 2024-cü il avqustun 30-da imzalanmasını müsbət addım kimi qiymətləndirib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button