Blinken Fidanla Azərbaycan və Ermənistan arasında normallaşma prosesini müzakirə edib

ABŞ Dövlət katibi Antoni Blinken Türkiyənin xarici işlər naziri Hakan Fidanla Azərbaycan və Ermənistan arasında normallaşma prosesini müzakirə edib.

Polise.az  bu barədə TRT-yə istinadən xəbər verir.

Bununla yanaşı, hər iki ölkənin baş diplomatları Rusiya və Ukraynada istehsal olunan ərzaq məhsullarının dünya bazarlarına təhlükəsiz şəkildə çatdırılması ətrafında fikir mübadiləsi aparıblar. H.Fidan qeyd edib ki, Türkiyə Qara dənizdə gərginlik istəmir.

Həmçinin, türkiyəli nazir Blinkenə F-16-ların satın alma prosesinin yekunlaşmasını gözlədiklərini bildirib.

Suriya və İraqdakı vəziyyətin müzakirə olunduğu görüşdə Qəzzada dərhal atəşkəsin elan edilməsi və humanitar yardımların çatdırılmasının vacibliyi də vurğulanıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button