Blinken münaqişənin kəskinləşməsindən sonra Yaxın Şərqə 5-ci səfərini edəcək

ABŞ dövlət katibi Antoni Blinken Fələstin-İsrail münaqişəsinin qızışmasından sonra 4-8 fevral tarixlərində Yaxın Şərqə 5-ci dəfə səfər edəcək.

Polise.az-ın məlumatına görə, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Sənəddən məlum olduğu kimi, Blinken Səudiyyə Ərəbistanına, Misirə, Qətərə, İsrailə, eləcə də İordan çayının qərb sahilinə səfər edəcək. Bəyanatda vurğulanır ki, ABŞ dövlət katibi Fələstinin radikal HƏMAS hərəkatı tərəfindən saxlanılan “bütün girovların azad edilməsini təmin edəcək razılaşma əldə etmək üçün diplomatik səyləri davam etdirmək”, həmçinin döyüşlərdə Qəzza zolağına humanitar yardım üçün fasilə yaratmaq niyyətindədir.

Blinken münaqişənin miqyasının daha da böyüməsinin qarşısını almaq üçün fəaliyyətini davam etdirəcək, həmçinin ABŞ-nin “hərbi personalımızı qorumaq və Qırmızı dənizdə naviqasiya azadlığını təmin etmək” öhdəliyini bir daha təsdiqləyəcək. Dövlət katibi həmçinin ABŞ tərəfdaşları ilə Yaxın Şərqdə, xüsusilə də israillilər və fələstinlilər üçün təhlükəsizlik məsələlərini müzakirə edəcək.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button