Blinken: NATO ölkələri Ukraynaya yeni yardım paketi təqdim edəcəklər

NATO-nun Vaşinqtonda keçiriləcək sammitində alyans ölkələri Ukraynaya yeni yardım paketi təqdim edəcəklər.

Polise.az  xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken bildirib.

Dövlət katibinin sözlərinə görə, NATO Ukraynaya “güclü yardım paketi” hazırlayır və onu iyulun 9-11-də keçiriləcək sammitdə təqdim edəcək.

Dövlət Departamentinin rəhbəri əlavə edib ki, Birləşmiş Ştatlar Ukraynanı dəstəkləməyə gəldikdə “şüurlu və effektiv” hərəkət etmək niyyətindədir.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button