BMT Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə tədbirlərini dəstəkləməkdə davam edəcək
BMT noyabr ayında COP29 keçirildikdən sonra da Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə tədbirlərini dəstəkləməyə sadiqdir.
Polise.az xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva “Dayanıqlı inkişaf naminə dövlət-özəl tərəfdaşlığı” mövzusunda keçirilən ekoloji, sosial və korporativ idarəetmə (ESG) sammitində çıxışı zamanı deyib.
“İqlimlə bağlı söhbətlərimiz iqlim dəyişikliyi və ədalətli keçidlə bağlı milli dialoqu və fəaliyyəti gücləndirməkdən ibarətdir. Bugünkü tədbir bizim təşkil etdiyimiz sayca 15-ci iqlim dialoqudur. BMT ailəsi olaraq COP29 sədrliyini dəstəkləməyə və iqlimlə bağlı fəaliyyətin nəinki sürətlənməyə davam etməsini, həm də COP29-dan sonra da fəaliyyətini təmin etmək üçün bütün maraqlı tərəflərlə qarşılıqlı əlaqələr qurmağa sadiqik”, – o bildirib.
V.Andreyeva vurğulayıb ki, bugünkü tədbirin məqsədi dövlət və özəl təşkilatların daha yaxşı həll yolları tapmaları uğrunda strategiyaları paylaşa bilməsi üçün dialoq və əməkdaşlığı təşviq etməkdir.
Polise.az