BMT Baş Assambleyasının sədri: Sülh danışıqlarında irəliləyişlərə nail olunacağına ümid edirəm

Baş Assambleya Azərbaycanı dəstəkləyir və Ermənistanla sülh danışıqları prosesinin bərpasını alqışlayır.

Polise.az  xəbər verir ki, bu barədə BMT Baş Assambleyanın 78-ci sessiyasının prezidenti Dennis Frensisin XI Qlobal Bakı Forumunun iştirakçılarına müraciətində qeyd edilib.

O vurğulayıb ki, Azərbaycan və Ermənistan liderlərinin Münxendə bu yaxınlarda keçirdiyi görüşlər, ardınca Berlində bu ölkələrin xarici işlər nazirlərinin görüşü sülhə nail olmaq üçün atılan addımlardır:

“Hər iki dövlətin liderlərinin sülh və təhlükəsizlik istiqamətində atdıqları addımlarını yüksək qiymətləndirirəm və sülh danışıqlarında daha da irəliləyişlərə nail olunacağına ümidvaram”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button