BMT Baş Assambleyasının sədrinin Azərbaycana səfəri başlayıb
BMT Baş Assambleyasının Sədri Volkan Bozkırın Azərbaycana səfəri başlayıb.
Bu barədə “Report”un yerli bürosuna sədrin sözçüsü Brenden Varma məlumat verib.
O, bildirib ki, V.Bozkır Azərbaycanda Prezident İlham Əliyev tərəfindən qəbul ediləcək, Milli Məclisin sədri Sahibə Qafarova və xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.
İşgüzar səfər 12 aprel tarixində yekunlaşacaq.
Qeyd edək ki, V. Bozkır BMT Baş Assambleyasının sessiyasına sədirlik edən ilk türk diplomatdır.