BMT-nin Baş katibi ərəb ölkələrinin XİN başçıları ilə müzakirələr aparıb

Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan bin Abdullahın sədrliyi ilə Birgə Ərəb-İslam Fövqəladə Zirvə Toplantısı tərəfindən təyin edilmiş Nazirlər Komitəsinin üzvləri Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı baş qərargahında təşkilatın Baş katibi Antonio Quterreş ilə görüşüblər.

Polise.az İƏT-in Baş Katibliyinə istinadla xəbər verir ki, görüşdə iştirak edən Komitə üzvləri – Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al Tani, İordaniya Haşimilər Krallığı Baş nazirinin müavini, xarici işlər və qürbətçilərlə iş üzrə nazir Ayman Əl-Səfadi, Misir Ərəb Respublikasının xarici işlər naziri Sami Şükri, Fələstin Dövlətinin xarici işlər və qürbətçilər naziri Riad Malki, Türkiyə Cümhuriyyətinin xarici işlər naziri Hakan Fidan, həmçinin Ərəb Dövlətləri Liqasının Baş katibi Əhməd Əbul Qeyt BMT-nin Baş katibi ilə Yaxın Şərqdəki vəziyyəti, o cümlədən İsrail-HƏMAS müharibəsinin yaratdığı gərginliyi müzakirə ediblər.

Görüş əsnasında Qəzza zolağı və onun ətrafındakı vəziyyət, bəzi girov və məhbusların azad edilməsi, onların ailələrinə qaytarılması ilə bağlı humanitar atəşkəsin əhəmiyyəti, həmçinin beynəlxalq ictimaiyyətin mülki şəxslərin müdafiəsi, beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq normalarının tətbiqinin təmin edilməsi öhdəliyi qarşısında öz məsuliyyətini yerinə yetirməsinin zəruriliyi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Ərəb ölkələrinin nazirləri və BMT-nin Baş katibi vurğulayıblar ki, Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi, iki dövlətli həll ilə bağlı beynəlxalq qətnamələrin icrası sülh yoluna qayıtmağın yeganə vasitəsidir. Bu məqsədlə Fələstin xalqının BMT TŞ-da 4 iyun 1967-ci il tarixində əldə etdiyi paytaxtı Şərqi Əl-Qüds olmaqla müstəqil və suveren Fələstin dövləti qurmaq üçün qanuni hüquqlarının təmin olunmasına şərait yaratmaq lazımdır.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button