BMT-nin Baş katibi: “Növbəti pandemiyalara hazırlaşmaq lazımdır”

“COVID-19 pandemiyası bəşəriyyət üçün sonuncu olmayacaq, yenilərinə hazırlaşmaq lazımdır”.

Bu fikirləri BMT-nin baş katibi Antonio Quterreş öz “Twitter” səhifəsində yazıb.

Qeyd edək ki, 27 dekabr dünyada Beynəlxalq Epidemiyaya Qarşı Hazırlıq Günü kimi qeyd olunur.

Sözügedən gün BMT Baş Assambleyası tərəfindən 2020-ci ilin noyabrında elan edib.

BMT baş katib vurğulayıb ki, mövcud səhiyyə sistemindəki böhranı həll edərkən sonrakı pandemiyalara da hazırlaşmaq lazımdır.

“Beynəlxalq epidemiyaya qarşı hazırlıq günündə gəlin bu məsələyə zəruri olan diqqəti və sərmayəni əsirgəməyək” – Antonio Quterreş yazıb.

Hamısını Göstər

Related Articles

Back to top button