BMT: Təbii fəlakətlər qlobal kənd təsərrüfatına illik 99 milyard dollar ziyan vurub

Son 33 il ərzində təbii fəlakətlərin kənd təsərrüfatına vurduğu qlobal zərər 3,26 trilyon dollar, ildə orta hesabla 99 milyard dollar və ya qlobal kənd təsərrüfatı ÜDM-nin təxminən 4%-i kimi qiymətləndirilir.

Polise.az  xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) “Fəlakətlərin Kənd Təsərrüfatı və Ərzaq Təhlükəsizliyinə Təsiri” adlı yeni hesabatında qeyd olunub.

“Aqroeksport” xəbər verir ki, sənəd quraqlıq və daşqınlardan tutmuş zərərvericilərin hücumuna və anomal dəniz temperaturuna qədər təbii fəlakətlərin təsirini özündə əks etdirib.

1991-2023-cü illər ərzində fövqəladə hallar nəticəsində 4,6 milyard ton taxıl, 2,8 milyard ton meyvə-tərəvəz, 900 milyon ton ət və süd məhsulları məhv edilib. Qlobal itkilərin ən böyük payı Asiyanın payına düşür – 47% (1,53 trilyon ABŞ dolları).

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button