BMT Təhlükəsizlik Şurası Qəzzada Beynəlxalq Sabitləşdirici Qüvvələrin (ISF) yerləşdirilməsini nəzərdə tutan qətnaməni qəbul edib.

BMT Təhlükəsizlik Şurası Qəzzada Beynəlxalq Sabitləşdirici Qüvvələrin (ISF) yerləşdirilməsini nəzərdə tutan qətnaməni qəbul edib. Səsvermədə 13 ölkə “lehinə” səs verib, Çin və Rusiya bitərəf qalıb.

Qətnamə ABŞ-ın təqdim etdiyi və Donald Trampın “20 maddəlik Qəzza planı”nın bir hissəsi olan təklif əsasında hazırlanıb. Sənədə əsasən, beynəlxalq qüvvələr Qəzza ərazisində sərhədlərin qorunması, mülki əhalinin müdafiəsi, humanitar yardımın çatdırılması və silahlı qrupların tərksilah prosesinin dəstəklənməsi ilə məşğul olacaq.

Missiyanın mandatının iki il olması planlaşdırılır. Qüvvələrin 2026-cı ildə Qəzzaya göndərilməsi, 2027-ci ilin sonuna qədər fəaliyyət göstərməsi nəzərdə tutulur.

Qətnamə həmçinin Qəzzanın keçid dövrü idarəçiliyi üçün “Sülh Şurası” adlı yeni orqanın yaradılmasını təsdiqləyir. Bu qurum texnokratik idarəetmə modelinə əsaslanacaq.

Hamas qərarı sərt tənqid edib və beynəlxalq qüvvələrin Qəzzada neytral olmayacağını bildirib. təşkilat bunun bölgədə “beynəlxalq himayə rejimi”nin yaradılmasına gətirib çıxaracağını deyib.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button