BMT Təhlükəsizlik Şurası Ukrayna ilə bağlı iclas keçirəcək

BMT Təhlükəsizlik Şurası 9 dekabr tarixində Ukrayna ilə bağlı açıq iclas təşkil edəcək.
APA xəbər verir ki, bu barədə məlumatı Sloveniyanın BMT-dəki Daimi Nümayəndəliyinin mətbuat xidməti yayıb.
Qeyd edək ki, Sloveniya dekabr ayında Şuraya sədrlik edir. İclasın yerli vaxtla saat 10:00-da başlaması planlaşdırılır.
Məlumata görə, iclasın keçirilməsi təşəbbüsü Sloveniyanın milli müraciəti əsasında, həmçinin Danimarka, Fransa, Böyük Britaniya, Yunanıstan və Cənubi Koreya tərəfindən dəstəklənib.
Polise.az



