BMT Ukrayna və Rusiyaya yenidən çağırış edib

BMT Baş katibi Ukrayna və Rusiya arasında davam edən son gərginliyin qarşısını almağa çağırır. Yeni ərazilərdə hər hansı döyüş təhlükəli eskalasiya riski yaradır və biz buna qarşıyıq.

Polise.az   xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsünün müavini Farhan Haq bildirib.

Sözçü deyib ki, BMT iki ölkə arasında yenidən alovlanan gərginliyi diqqətlə izləməyə davam edir: “Rusiyanın başqa bir bölgəsi də daxil olmaqla, Ukrayna-Rusiya sərhədi boyunca hücumlar barədə məlumatlıyıq. Biz narahatlığımızı bildiririk və tərəfləri məsuliyyətlə hərəkət etməyə çağırış edirik”.

Zaporojye Atom Elektrik Stansiyasına edilən hücumlara gəlincə sözçü qeyd edib ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi məsələ ilə məşğul olub.

Qeyd edək ki, Ukrayna və Rusiya avqustun 11-də Zaporojye Atom Elektrik Stansiyasında baş verən yanğından sonra bir-birini günahlandırıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button