BMTM-in rəhbəri: Fransa Ermənistanda revanşistləri silahlandırır

Fransa Ermənistanda revanşistləri silahlandırır.
Polise.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev qurumun təşkilatçılığı ilə Bakıda keçirilən “Fransa və Ermənistan-Azərbaycan münaqişəsi” mövzusuna həsr olunmuş beynəlxalq tədbirdə jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycanda Fransa mədəniyyətinə qarşı heç bir mənfi yanaşma yoxdur:
“Sadəcə Fransa birmənalı şəkildə Ermənistanı dəstəklədiyini, bu ölkəyə silah-sursat göndərəcəyini deyir”.
Polise.az