Bölgələrdə şəhidlərimizin əziz xatirəsi anılıb

27 sentyabr Anım günü ilə əlaqədar Şəki,Mingəçevir, Zaqatala,Balakən və Qəbələdə  rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidlərin yaxınları və ictimaiyyət nümayəndələrinin iştirakı ilə torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəmanların xatirəsinə həsr olunan tədbirlər keçirilib.

Əvvəlcə Şəhidlər xiyabanı və xatirə kompleksləri ziyarət olunub, Vətənimizin bütövlüyü uğrunda canlarını qurban verən mərd mübarizlərin əziz xatirələri dərin ehtiramla yad edilib, ruhlarına dualar oxunub.

Həmçinin, Anım günü ilə əlaqədar ağacəkmə kampaniyası keçirilib. Aksiyada Daxili Qoşunların hərbi qulluqçuları və polis əməkdaşları da fəal iştirak edib. Yeni əkilən tinglər suvarılıb, küləkdən qorunması və normal böyümələri üçün qoruyucu dirəklər basdırılıb.

Saat 12:00-da isə nəqliyyat vasitələrinin avtomobil yollarında hərəkəti dayandırılıb və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Hamısını Göstər

Related Articles

Back to top button